Tovuzda baş verən ağır yol qəzasında yaralananların kimliyi məlum olub - YENİLƏNİB - SİYAHI - FOTO

Tovuzda baş verən ağır yol qəzasında yaralananların kimliyi məlum olub - YENİLƏNİB - SİYAHI - FOTO Qəzaya uğrayan avtomobildə olan şəxslərin dərman firmasının işçiləri olduğu bildirilib
Hadisə
9 Sentyabr , 2017 12:10
Tovuzda baş verən ağır yol qəzasında yaralananların kimliyi məlum olub - YENİLƏNİB - SİYAHI - FOTO

Tovuz. 9 sentyabr. REPORT.AZ/ Tovuzda baş verən qəzada xəsarət alan şəxslərin kimliyi məlum olub. 

“Report”un Qərb bürosu xəbər verir ki, bunlar 1987-ci il təvəllüdlü Qasımov Bağban İlham oğlu, 1981-ci ildə anadan olmuş Məsimov Bəhman Mansir oğlu, 1982-ci il təvəllüdlü Həsənli Vuqar Fərzəli oğlu, 1978-ci ildə anadan olmuş İbadov Asif Əmir oğlu və 1987-ci il təvəllüdlü Məsimov Sədi Mansır oğludur. 

Qəzaya uğrayan avtomobildə olan şəxslərin dərman firmasının işçiləri olduğu bildirilib.


*** 11:44

Tovuzda baş verən qəzada bir nəfərin ölməsi xəbəri təsdiqini tapmayıb. 

“Report”un Qərb bürosunun məlumatına görə, hərəkətdə olan 60-BN-016 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobilin aşaması nəticəsində 5 nəfər ağır yaralanıb.

Onlar xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.


***

Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Tovuz şəhərindəki yanacaqdoldurma məntəqəsinin yaxınlığında baş verib.

Qəza nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb. Xəsarət alan şəxslər xəstəxanaya yerləşdiriliblər. Yaralılardan birinin vəziyyəti ağırdır. 

Son xəbərlər

Orphus sistemi