Tovuzda 9 yaşlı uşağı maşın vurub öldürdü

Tovuzda 9 yaşlı uşağı maşın vurub öldürdü Tovuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
22 iyun 2020 09:09
Tovuzda 9 yaşlı uşağı maşın vurub öldürdü

Tovuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, hadisə iyunun 19-da saat 19 radələrində Tovuz rayonunun Cəlilli kəndi ərazisində baş verib.

Ağstafa rayon sakini R.Nağıyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini 9 yaşlı Həsən Quliyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş azyaşlı iyunun 20-də orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi