Tovuzda 8000 manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

Tovuzda 8000 manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb Tovuz rayonunda oğurluqda şübhəli bilinən şəxs saxlanılıb.
Hadisə
25 Oktyabr , 2019 16:47
Tovuzda 8000 manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

Tovuz rayonunda oğurluqda şübhəli bilinən şəxs saxlanılıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, oktyabrın 18-də Tovuz Rayon Polis Şöbəsinə rayonun Qovlar şəhər sakini ərizə ilə müraciət edərək naməlum şəxs və ya şəxslərin onun yaşadığı evə qanunsuz daxil olaraq oradan 8000 manat dəyərində qızıl-zinət əşyaları oğurladığını bildirib.

Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayonun Qovlar şəhər sakini Ayaz Qasımov saxlanılıb. Dindirilmə zamanı o, törətdiyi oğurluq hadisəsini etiraf edib.

Faktla bağlı araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi