Tovuzda 70 yaşlı kişi tennis oynayan zaman dünyasını dəyişib - FOTO

Tovuzda 70 yaşlı kişi tennis oynayan zaman dünyasını dəyişib - FOTO Onun ölümünə ürək tutması səbəb olub
Hadisə
2 Mart , 2017 00:50
Tovuzda 70 yaşlı kişi tennis oynayan zaman dünyasını dəyişib - FOTO

Tovuz. 2 mart. REPORT.AZ/ Tovuz rayonunda 70 yaşlı kişi stolüstü tennis oynayan zaman dünyasını dəyişib.

"Report"un Qərb bürosu xəbər verir ki, yerli sakin Müzəffər Abdullayev oyun zamanı özünü pis hiss etdiyini bildirib və o, dərhal xəstəxanaya çatdırılıb.

Lakin həkimlərin səylərinə baxmayaraq həvəskar tennisçinin həyatını xilas etmək mümkün olmayıb. Onun ölümünə ürək tutması səbəb olub.

M.Abdullayevin həftənin 4 günü adıçəkilən idman növü ilə məşğul olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi