Tovuzda 70 yaşlı həmkəndlisini öldürən şəxsin məhkəməsi başlayır

Tovuzda 70 yaşlı həmkəndlisini öldürən şəxsin məhkəməsi başlayır Tovuz rayonunda həmkəndlisini bıçaqlayaraq ölümünə səbəb olmaqda təqsirləndirilən Orxan Abdıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
5 Noyabr , 2019 19:01
Tovuzda 70 yaşlı həmkəndlisini öldürən şəxsin məhkəməsi başlayır

Tovuz rayonunda həmkəndlisini bıçaqlayaraq ölümünə səbəb olmaqda təqsirləndirilən Orxan Abdıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report" xəbər verir ki, cinayət işi baxılması üşün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Elmin Rüstəmovun icraatına verilən iş üzrə hazırlıq iclası noyabrın 19-na təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin aprel ayında baş verib. Tovuzun Yanıqlı kənd sakini, 1971-ci il təvəllüdlü Abdıyev Oqtay Mikayıl oğlu münaqişə zəminində həmkəndlisi, 1949-cu il təvəllüdlü Tağıyev Cəlal Səməd oğlunu bıçaqlayıb.

Yaralı Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, orada ölüb.

O.Abdıyevə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi