Tovuzda 7 yaşlı uşağı yük maşını vuraraq öldürüb - YENİLƏNİB

Tovuzda 7 yaşlı uşağı yük maşını vuraraq öldürüb - YENİLƏNİB Faktla bağlı araşdırma aparılır
Hadisə
6 Fevral , 2018 19:22
Tovuzda 7 yaşlı uşağı yük maşını vuraraq öldürüb - YENİLƏNİB
Report

Tovuz. 6 fevral. REPORT.AZ/ Tovuz rayonunda yük maşını tərəfindən vurulan piyadanın kimliyi məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, həmin şəxs rayonun Aşağı Əyyublu kənd sakini, 2011-ci il təvəllüdlü Elvin Elnur oğlu Əsgərovdur. 

O, küçədə oynayarkən qəflətən yola çıxıb və 20 DN 993 dövlət qeydiyyat nişanlı "Kamaz" markalı yük maşını tərəfindən vurulub. Hadisəni törədən sürücü, Aşağı Əyyublu kənd sakini, 1993-cü il təvəllüdlü İbrahim Nazim oğlu Abbasov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.


*** 18:29

Tovuz rayonunda azyaşlını avtomobil vuraraq öldürüb. 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Əyyublu kəndində qeydə alınıb. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi