Tovuzda 7 ədəd top mərmisi tapıldı

Tovuzda 7 ədəd top mərmisi tapıldı Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA)Tovuz rayonunun Əlimərdanlı kəndi ərazisində 7 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
Hadisə
28 Avqust , 2020 02:41
Tovuzda 7 ədəd top mərmisi tapıldı
0 : 00
0 : 00

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tovuz rayonunun Əlimərdanlı kəndi ərazisində 7 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan "Report"a verilən məlumata əsasən, Agentliyin mütəxəssisləri və Tovuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilib. 

Aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 7 ədəd boş vəziyyətdə 100 mm-lik top mərmiləri (6 ədəd OF-415 və 1 ədəd OF-412) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmilərinin ətrafında 500 kv.m əraziyə yerüstü, 20 kv.m əraziyə isə yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.

 

Son xəbərlər

Orphus sistemi