Tovuzda avtomobilin vurduğu 60 yaşlı piyada xəstəxanada ölüb, sürücü saxlanılıb - YENİLƏNİB

Tovuzda avtomobilin vurduğu 60 yaşlı piyada xəstəxanada ölüb, sürücü saxlanılıb - YENİLƏNİB Faktla bağlı araşdırma aparılır
Hadisə
14 Mart , 2017 20:01
Tovuzda avtomobilin vurduğu 60 yaşlı piyada xəstəxanada ölüb, sürücü saxlanılıb - YENİLƏNİB
Courtesy İmage

Tovuz. 14 mart. REPORT.AZ/ Tovuz rayonunda avtomobilin vurduğu piyada xəstəxanada dünyasını dəyişib.

"Report"un Qərb bürosunun verdiyi məlumata görə, hadisəni törədən sürücü Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunub. 

*** 19:06

Tovuz rayonunda 60 yaşlı piyadanı avtomobil vuraraq ağır yaralayıb.

"Report"un Qərb bürosunun verdiyi məlumata görə, hadisə rayon mərkəzində baş verib. 

Belə ki, rayon sakini, 1957-ci il təvəllüdlü Yaşar Məhərrəm oğlu Kərimov yolu keçmək istəyərkən onu "VAZ -2106" markalı avtomobil vurub. Yaralı piyada təcili tibbi yardım maşını ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər tərəfindən əməliyyata alınan yaralının vəziyyəti orta-ağırdır.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi