Tovuzda 58 yaşlı kişi bıçaqlanıb

Tovuzda 58 yaşlı kişi bıçaqlanıb Hadisə mübahisə zəminində baş verib
Hadisə
19 Mart , 2017 00:09
Tovuzda 58 yaşlı kişi bıçaqlanıb

Tovuz. 19 mart. REPORT.AZ/ Tovuz rayonunda 58 yaşlı kişi mübahisə etdiyi şəxs tərəfindən bıçaqlanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında rayonun Düzçırdaxan kəndində baş verib.

Kənd sakini, 1959-cu il təvəllüdlü, Mehdiyev Telman Mehman oğlu, hələ ki, kimliyi bilinməyən şəxslə mübahisə edib. Bu zaman qarşı tərəf onu bıçaqlayaraq ağır xəsarət yetirib. Yaralı yaxınları tərəfindən Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Dərhal həkimlər tərəfindən əməliyyata alınan yaralının vəziyyəti ağır olaraq qalır.

Tovuz rayon Polis şöbəsindən "Report"un Qərb bürosuna verilən məlumata görə, hadisənin kim tərəfindən törədildiyi və səbəbi istiqamətində araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi