Tovuz. 18 may. REPORT.AZ/ Tovuz rayon prokurorluğundan “Report”a bildirilib ki, əvvəllər qıcolmadan əziyyət çəkən 1977-ci il təvəllüdlü Nəsibə Çümşüd qızı Hüseynova yaşadığı evdə vəfat edib.
Qeyd olunub ki, N.Hüseynova elektrik cərəyanı vurması nəticəsində deyil, qıcolmadan ölüb: “Meyitə baxış zamanı onun üzərində elektrik cərəyanı vurmasına xarakterik izlər aşkar olunmayıb”.
*** 09:16
Tovuz. 18 may. REPORT.AZ/ Tovuz rayonunda qadını elektrik cərəyanı vurub.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Düz Qırıqlı kəndində yerləşən istixanaların birində baş verib.
Belə ki, həmin kəndin sakini, 1977-ci il təvəllüdlü Nəsibə Çümşüd qızı Hüseynovanı ehtiyatsızlıqdan elektrik cərəyan vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.