Yuxarı
    Bağlamaq

    Tovuzda 4 yaşlı uşağın üzərinə qaynar su tökülüb

    Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndiriblər

    Tovuz. 6 iyun. REPORT.AZ/ Tovuzda 4 yaşlı uşaq üzərinə qaynar su tökülməsi nəticəsində ağır xəsarət alıb.

    "Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Bayramlı kəndində baş verib. 

    Kənd sakini, 2013-cü il təvəllüdlü Əmiraslanov Samir Eyvaz oğlu yaşadığı evdə oyun oynayan zaman üzərinə içərisi qaynar suyla dolu qazan aşırdıb.

    Nəticədə ağır yanıq xəsarətləri alan uşaq yaxınları tərəfindən Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Uşağa tibbi yardım göstərilib və reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndiriblər. 

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi