Tovuzda 4-cü sinif şagirdi məktəbdə ağır xəsarət alıb

Tovuzda 4-cü sinif şagirdi məktəbdə ağır xəsarət alıb Şagird hündür turnikdən yıxılıb və hər iki biləyi sınıb
Hadisə
13 Oktyabr , 2017 15:37
Tovuzda 4-cü sinif şagirdi məktəbdə ağır xəsarət alıb
Report

Tovuz. 13 oktyabr. REPORT.AZ/ Tovuz rayonunda 4-cü sinif şagirdi məktəbdə dərs zamanı ağır xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Xatınlı kənd sakini, 2007-ci il təvəllüdlü Yasin Məqsəd oğlu İsgəndərov oxuduğu məktəbin idman zalında dərs zamanı bədbəxt hadisə nəticəsində hündür turnikdən yerə düşüb. Hər iki biləyi sınan 4-cü sinif şagirdi dərhal xəstəxanaya aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi