Tovuzda həmyerlisini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Tovuzda həmyerlisini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb Tovuz sakini bıçaq xəsarəti alıb.
Hadisə
225
26 Yanvar , 2022 20:14
Tovuzda həmyerlisini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Tovuzda həmyerlisini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, bu şəxs 21 yaşlı İ.Sadıqovdur.

Hadisənin tərəflər arasında olan zarafat səbəbindən törədildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

19:55

Tovuz rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Yanıqlı kənd sakini, 37 yaşlı N.İsmayılov qarnından bıçaq xəsarəti alıb. O, yaxınları tərəfindən xəstəxanaya aparılıb.

Cərrahiyyə əməliyyatı olunan zərərçəkmişin vəziyyəti kafi qiymətləndirilir. Onun hansı şəraitdə xəsarət aldığı isə hələ ki məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi