Tovuzda 33 yaşlı qadın zəhərlənərək ölüb

Tovuzda 33 yaşlı qadın zəhərlənərək ölüb Araşdırma aparılır
Hadisə
14 Dekabr , 2016 14:44
Tovuzda 33 yaşlı qadın zəhərlənərək ölüb

Tovuz. 14 dekabr. REPORT.AZ/ Tovuz rayonunda 33 yaşlı qadın zəhərlənmədən ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Əlimərdanlı kəndində baş verib.

Kənd sakini, 1983-cü il təvəllüdlü Yusibova Şəhla Cabbar qızı yaşadığı evdə zəhərlənib. Yaxınları tərəfindən Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Ş.Yusibovaya göstərilən bütün tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Hazırda onun nədən zəhərlənməsi ilə bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi