​Tovuzda 30 yaşlı qadın bıçaqlanıb

​Tovuzda 30 yaşlı qadın bıçaqlanıb Onun vəziyyəti kafi qiymətləndirilir
Hadisə
26 İyun , 2016 22:45
​Tovuzda 30 yaşlı qadın bıçaqlanıb

Bakı. 26 iyun. REPORT.AZ/ Bu gün axşam saatlarında Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, bıçaqlanan qadın 1986-cı il təvəllüdlü Mətanət İbrahimovadır.

Yaralı təcili Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətini kafi qiymətləndirirlər. Qadının həyat yoldaşı tərəfindən bıçaqlandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi