Tovuzda 3 nəfəri elektrik cərəyanı vurub

Tovuzda 3 nəfəri elektrik cərəyanı vurub Tovuz rayonunda 3 nəfəri iş vaxtı elektrik cərəyanı vurub.
Hadisə
23 Yanvar , 2020 18:09
Tovuzda 3 nəfəri elektrik cərəyanı vurub

Tovuz rayonunda 3 nəfəri iş vaxtı elektrik cərəyanı vurub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, onlar ağır vəziyyətdə xəstəxanaya aparılıb. 

Onların Tovuz rayon sakinləri - 1975-ci il təvəllüdlü Suliddin Abdullayev, 1980-ci il təvəllüdlü Ayət Abduləzizov və Nihad Xudayi olduğu qeyd olunub. Yaralıların Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinə göndərilməsi planlaşdırılır.

Onların Türkiyənin “Polad Yol Yapı” şirkətinin işçiləri olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi