Tovuzda 29 yaşlı qadın zəhərlənib

Tovuzda 29 yaşlı qadın zəhərlənib Onun hansı şəraitdə və nədən zəhərləndiyi araşdırılır
Hadisə
19 Dekabr , 2016 19:21
Tovuzda 29 yaşlı qadın zəhərlənib

Tovuz. 19 dekabr. REPORT.AZ/ Tovuz rayonunda 29 yaşlı qadın zəhərlənib. 

"Report"un Qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Nəriman Nərimanov küçəsində qeydə alınıb. 

Belə ki, 1987-ci il təvəllüdlü Arzu Vidadi qızı Vəliyeva evində zəhərlənib. Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılan A.Vəliyevaya həkimlər tərəfindən ilkin tibbi yardım göstərilib. Hazırda reanimasiya şöbəsinə yerləşdirilmiş xəstənin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Onun hansı şəraitdə və nədən zəhərləndiyi araşdırılır.

Son xəbərlər

Orphus sistemi