Tovuz. 16 yanvar. REPORT.AZ/ Tovuz rayonunda 28 yaşlı gənc naməlum şəxslər tərəfindən döyülüb.
"Report"un Qərb bürosunun məlumatına görə, rayon sakini 1989-cu il təvəllüdlü Kənan Qasımov naməlum şəxslər tərəfindən küt alətlə döyülüb. K.Qasımov atası tərəfindən ağır vəziyyətdə Tovuz Rayon Mərkəzi Xəstəxansına (RMX) çatdırılıb. Xəstəxanadan bildirilib ki, yaralıya ilkin tibbi yardım göstərilib və vəziyyəti ağırdır: "Yaralı baş nahiyəsindən küt alətlə vurulub və ağır kəllə-beyin travması alıb. Onun vəziyyətinin ağır olduğunu nəzərə alaraq müalicəsinin davam etdirilməsi üçün Gəncə şəhərinə göndərilməsi nəzərdə tutulub".
K.Qasımovun hansı şəraitdə və kimlər tərəfindən döyülməsi məlum deyil.
Faktla bağlı araşdırmlara başlanılıb.