Tovuzda 27 yaşlı kişi qonşusu tərəfindən döyülüb

Tovuzda 27 yaşlı kişi qonşusu tərəfindən döyülüb Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra travmatologiya şöbəsinə yerləşdirilib
Hadisə
6 Avqust , 2017 11:23
Tovuzda 27 yaşlı kişi qonşusu tərəfindən döyülüb

Tovuz. 6 avqust. REPORT.AZ/ Tovuz rayonunda yerli sakin qonşusu tərəfindən döyülərək ağır xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Düzqırıxlı kəndində baş verib. Kənd sakini, 1990-cı il təvəllüdlü Elyar Rüstəm oğlu Tanrıverdiyev hələki bilinməyən səbəbdən qonşusu tərəfindən döyülərək ağır xəsarət alıb. O, yaxınları tərəfindən xəstəxanaya aparılıb və həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra travmatologiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi