Tovuzda fermada gəncin qətlə yetirilməsi, sonra yandırılması faktı ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB-3

Tovuzda fermada gəncin qətlə yetirilməsi, sonra yandırılması faktı ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB-3 DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan mətbuatın sorğusuna cavab olaraq bildirilir ki, noyabrın 18-i gecə saatların rayonun Aşağı Öysüzlü kəndi ərazisində yerləşən fermaların birində yanğın hadisəsi olması ilə bağlı məlumat daxil olub. Polis ə
Hadisə
18 noyabr 2023 09:56
Tovuzda fermada gəncin qətlə yetirilməsi, sonra yandırılması faktı ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB-3

Tovuzda qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb.

Bu barədə "Report"a Tovuz rayon Prokurorluğundan bildirilib.

Qeyd edilib ki, noyabrın 18-də Tovuz rayonunda yerləşən fermalardan birində yanmış insan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla 1988-ci il təvəllüdlü Tovuz rayon sakini, qeyd edilən fermada çoban işləyən Eldar İbrahimovun aralarında yaranmış mübahisə zamanı 1998-ci il təvəllüdlü Nicat Məmmədovun baş nahiyəsindən dəmir alətlə vuraraq qəsdən öldürməsi və daha sonra cinayəti gizlətmək üçün fermanı yandırmasına əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Eldar İbrahimov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

11:18

Tovuz rayonu Aşağı Öysüzlü kəndində törədilən qətlin bəzi təfərrüatları məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, dünən axşam saatlarında Tovuz rayonu Aşağı Öysüzlü kəndində, "Ağ dağ" deyilən ərazidə yerləşən fermaların birində qətlə yetirilən 1998-ci il təvəllüdlü Nicat Habil oğlu Məmmədov ferma sahibinin oğlu olub.

Hadisəni törətməkdə şübhəli bilinən 1988-ci il təvəllüdlü Eldar İbrahimov isə orada çobanlıqla məşğul olub.

Hadisəni Nicat Məmmədovun olduğu otaqda baş verdiyi bildirilir. Cinayəti törətməkdə şübhəli bilinən şəxs daha sonra fermanı yandırıb.

Qeyd edək ki, mərhumun atası qəssablıq və heyvandarlıqla məşğuldur.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

08:36

Tovuzun Aşağı Öysüzlü kəndində 25 yaşlı gənc qətlə yetirilərək meyiti yandırılıb.

Bu barədə "Report"a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.

Noyabrın 18-i gecə saatlarında kənddə yerləşən fermaların birində yanğın hadisəsi olması ilə bağlı məlumat daxil olub. Polis əməkdaşları digər qurumların əməkdaşları ilə birlikdə hadisəsi yerinə gələrək, müvafiq tədbirlər həyata keçirib. Yanğının qarşısı alınaraq söndürülən zaman hadisə yerindən bir nəfər şəxsin yanmış meyiti aşkarlanıb. Polis və prokurorluq əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində meyitin Aşağı Öysüzlü kənd sakini, 1998-ci il təvəllüdlü Nicat Məmmədova məxsus olması müəyyən edilib.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində N.Məmmədovu şəxsi münasibətlər zəminində küt alətlə qətlə yetirərək, daha sonra izləri itirmək məqsədilə fermanı yandırmaqda şübhəli bilinən rayon sakini, 1988-ci il təvəllüdlü Eldar İbrahimov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi