Tovuzda 2 sərxoş piyadanı yük maşını vurub - YENİLƏNİB

Tovuzda 2 sərxoş piyadanı yük maşını vurub - YENİLƏNİB Hadisə Tovuzçay üzərindəki körpüdə baş verib
Hadisə
2 Mart , 2018 08:30
Tovuzda 2 sərxoş piyadanı yük maşını vurub - YENİLƏNİB

Tovuz. 2 mart. REPORT.AZ/ Tovuz rayonunda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan piyadaların adı məlum olub.

"Report"un Qərb bürosunun xəbərinə göər, Şəmkir rayonundan Tovuza gedən 1992-ci ilə təvəllüdlü Rüstəmov Elxan İlham oğlu və Abbaszadə Hikmət Əfqan oğlunu çörək daşıyan "Ford" markalı avtomobil vurub. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti orta-ağır, digərininki isə ağırdır.

Hadisə isə onlar yeyib-içdikləri kafedən çıxdıqdan sonra baş verib.

Hadisəni törədən sürücü saxlanılıb.


***2:38

Tovuz. 2 mart. REPORT.AZ/ Tovuz rayonunda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Tovuz şəhərində, Tovuzçay üzərindəki körpüdə baş verib.

Belə ki, naməlum avtomobil yolu keçmək istəyən iki piyadanı vurub. Piyadaların sərxoş olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi