Tovuzda qəza zamanı yaralanan üç nəfərin şəxsiyyəti məlum olub - YENİLƏNİB

Tovuzda qəza zamanı yaralanan üç nəfərin şəxsiyyəti məlum olub - YENİLƏNİB Tovuz rayonunda iki maşının toqquşması nəticəsində xəsarət alan üç nəfərin şəxsiyyəti məlum olub.
Hadisə
27 İyul , 2019 22:44
Tovuzda qəza zamanı yaralanan üç nəfərin şəxsiyyəti məlum olub - YENİLƏNİB
Report

Tovuz rayonunda iki maşının toqquşması nəticəsində xəsarət alan üç nəfərin şəxsiyyəti məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, "VAZ-2106" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində 1994-cu il təvəllüdlü Əli Şahverdi oğlu Cəfərov, 1990-cı il təvəllüdlü Mahir Əsəd oğlu Sadıqov və 1989-cu il təvəllüdlü Bəhruz Novruz oğlu Bayramov müxtəlif bədən xəsarətləri alıb.

Onların hər üçü Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


***21:50

Tovuz şəhərində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Nizami küçəsində qeydə alınıb.

Əraziyə Dövlət Yol Polisinin əməkdaşları və "təcili yardım" briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi