Tovuzda 2 avtomobil toqquşub, 5 nəfər xəsarət alıb

Tovuzda 2 avtomobil toqquşub, 5 nəfər xəsarət alıb Faktla bağlı araşdırma aparılır
Hadisə
6 Aprel , 2017 20:30
Tovuzda 2 avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Report.az

Tovuz. 6 aprel. REPORT.AZ/ Tovuz rayonunda yol qəzası baş verib.

"Report"un Qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün axşam saatlarında Bakı-Qazax yolunun 429 kilometrliyində, Tovuz rayonunun Düzqırıxlı kəndinin ərazisindən keçən hissəsində qeydə alınıb. 

"VAZ-2106" markalı avtomobil qarşı tərəfdən gələn "VAZ-21011" markalı maşınla toqquşub. Nəticədə sürücülər və üç sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Sürücülərin vəziyyəti normal, sərnişinlərin - Düzqırıxlı kənd sakini, 1966-cı il təvəllüdlü Nazilə Mahmud qızı Quliyeva, Düzqırıxlı kənd sakini, 1985-ci il təvəllüdlü Leya Mübariz qızı Mehdiyeva və Təbriz Dəmir qızı Mehdiyevanın vəziyyətləri isə orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır

Son xəbərlər

Orphus sistemi