Tovuzda 2 avtomobil qəzası baş verib, xəsarət alanlar var

Tovuzda 2 avtomobil qəzası baş verib, xəsarət alanlar var Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır
Hadisə
1 İyul , 2017 10:32
Tovuzda 2 avtomobil qəzası baş verib, xəsarət alanlar var

Tovuz. 1 iyul. REPORT.AZ/ Tovuz rayonunda iki avtomobil qəzası baş verib, xəsarət alanlar var. 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisələrdən biri rayonun Düzcırdaxan kəndində qeydə alınıb. 

Belə ki, 1962-ci il təvəllüdlü Hüseynov Məzahir Əsgər oğlunun idarə etdiyi " VAZ -2106" markalı avtomobil başqa bir "VAZ" markalı avtomobilə toqquşub.

Nəticədə sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Digər qəza isə rayonun Düzqırıxlı kəndində qeydə alınıb. İdarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılan "VAZ-2107" markalı avtomobilin sərnişini, kənd sakini, 1996-cı il təvəllüdlü Məmmədov Azər Arzuman oğlu müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Hər iki faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi