Tovuzda 18 yaşlı oğlanı maşın vurub

Tovuzda 18 yaşlı oğlanı maşın vurub Hadisəni törədən sürücü ərazidən qaçıb
Hadisə
9 Aprel , 2018 22:27
Tovuzda 18 yaşlı oğlanı maşın vurub

Tovuz. 9 aprel. REPORT.AZ/ Tovuz rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, 2000-ci il təvəllüdlü Cırdaxan kənd sakini Rəhimov İsmayıl Ramiz oğlunu avtomobil vurub.

Hadisəni törədən sürücü ərazidən uzaqlaşıb. Zərərçəkmiş xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi