Tovuzda 12 yaşlı uşaq hündürlükdən yıxılaraq ayağını qırıb

Tovuzda 12 yaşlı uşaq hündürlükdən yıxılaraq ayağını qırıb Uşağın vəziyyəti orta-ağırdır
Hadisə
18 Mart , 2017 20:58
Tovuzda 12 yaşlı uşaq hündürlükdən yıxılaraq ayağını qırıb

Tovuz. 18 mart. REPORT.AZ/ Tovuz rayonunda 12 yaşlı uşaq ehtiyatsızlıqdan yıxılaraq ağır xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında rayonun Bozalqanlı kəndində baş verib.

Kənd sakini, 2005-ci il təvəllüdlü Tanrıverdiyev Amin Ramin oğlu yaşadığı evdə oyun oynarkən hündürlükdən yıxılaraq sağ ayağını qırıb. Yaralı yaxınları tərəfindən Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra Travmatologiya şöbəsinə yerləşdirilən 12 yaşlı uşağın vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi