Tovuzda 11 yaşlı qıza qarşı əxlaqsız hərəkətlər edən şəxsin adı məlum olub - YENİLƏNİB

Tovuzda 11 yaşlı qıza qarşı əxlaqsız hərəkətlər edən şəxsin adı məlum olub - YENİLƏNİB Tovuz. 10 oktyabr. REPORT.AZ/ Tovuz rayonunda 11 yaşlı qıza qarşı əxlaqsız hərəkət edən şəxsin adı məlum olub.
Hadisə
10 Oktyabr , 2018 10:07
Tovuzda 11 yaşlı qıza qarşı əxlaqsız hərəkətlər edən şəxsin adı məlum olub - YENİLƏNİB
0 : 00
0 : 00

Tovuz. 10 oktyabr. REPORT.AZ/ Tovuz rayonunda 11 yaşlı qıza qarşı əxlaqsız hərəkət edən şəxsin adı məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, bu şəxs əvvəllər məhkumluq həyatı yaşamış, Tovuz rayon sakini, 1971-cü il təvəllüdlü Raqib Vaqif oğlu Mehrəliyevdir. O, ötən gün sərxoş halda olarkən Yuxarı Öysüzlü kəndində hazırlıqdan qayıdan 2 yeniyetmə qızın qarşısını kəsib və onlara hədə qorxu gələrək təcavüz etmək istəyib. 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.


***0:48

Tovuz. 10 oktyabr. REPORT.AZ/ Tovuz rayonunda sərxoş kişi 11 yaşlı qıza qarşı əxlaqsız hərəkətlər edib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Yuxarı Öysüzlü kəndində qeydə alınıb.

Dərs hazırlığından qayıdan 2 yeniyetmə qız kənd ərazisində 50-55 yaşlı sərxoş kişinin hücumuna məruz qalıb. Sərxoş şəxs əlindəki butılkanı sındıraraq qızları hədələyib. Onlardan biri qorxaraq yaşıllıq ərazisinə qaçaraq gizlənsə də, digər qız, 11 yaşlı Ə.M-ova qaça bilməyib. Sərxoş şəxs ona qarşı zor tədbiq edərək yeniyetməni yerə yıxıb və onu zorlamağa cəhd edib. Lakin yaxınlıqdakı şəxslərin səs-küyə gəlməsi səbəbindən məqsədinə nail ola bilməyib. Sərxoş şəxs tutularaq Tovuz rayon Polis Şöbəsinə aparılıb.

Kürək, ayaq və qollarından sıyrıq və əzik xəsarətləri alan yeniyetmə isə yaxınları tərəfindən xəstəxanaya çatdırılıb. Zərərçəkənə ilkin tibbi yardım göstərilib və o, evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi