Tovuzda 1 yaşlı uşağın üzərinə qaynar su tökülüb, vəziyyəti ağırdır

Tovuzda 1 yaşlı uşağın üzərinə qaynar su tökülüb, vəziyyəti ağırdır Uşağ müalicə olunmaq üçün Respublika Yanıq Mərkəzinə köçürülüb
Hadisə
12 İyul , 2017 14:29
Tovuzda 1 yaşlı uşağın üzərinə qaynar su tökülüb, vəziyyəti ağırdır
Report

Tovuz. 12 iyul. REPORT.AZ/ Tovuz rayonunda 1 yaşlı uşağın üzərinə qaynar su ilə dolu olan qazan aşıb.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Bozalqanlı kənd sakini, 2016-cı il təvəllüdlü Tunar Ərəstun oğlu Hacıyev yaşadığı evdə nəzərətsiz qalıb və uşağın hələki bilinməyən səbəbdən üzərinə qaynar su ilə dolu qazan aşıb. Ağır yanıq xəsarətləri ilə xəstəxanaya aparılan uşağın bədəninin 25 faizi yanıb. Həkimlər tərəfindən göstərilən tibbi xidmətdən sonra reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, uşağın vəziyyəti ağırlaşdığından onu Respublika Yanıq Mərkəzinə köçürüblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi