Tovuz. 17 iyun. REPORT.AZ/ Tovuz rayonu ərazisindən axan Tovuzçay çayının daşması bir sıra fəsadlar törədib.
“Report”un Qərb bürosunun məlumatına görə, rayonun Əlibəyli kəndi ərazisində çayın üzərində olan iki körpünü sel aparıb.
Tovuz Rayon İcra Hakimiyyətinin (RİH) Əlibəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Valeh Rzayev bildirib ki, kənd ərazisində yerləşən və əhalinin içməli suya olan tələbatını ödəyən iki artezian quyusu yararsız hala düşüb: “Tovuzçayın daşması nəticəsində kəndə elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Çayın yaxınlığında yerləşən restoranın bir hissəsini sel aparıb. Çayda suyun səviyyəsinin qalxması ermənilərin növbəti təxribatıdır. Mənfur qonşularımız yüksəkliklərdə yerləşən su anbarlarının suyunu Tovuzçaya axıdırlar. Bundan başqa, ermənilər mütamadi olaraq Tovuzçaya mina və digər zərərverici maddələr də buraxırlar”.