Tovuza yağan güclü yağış evləri su altında qoyub - VİDEO - YENİLƏNİB

Tovuza yağan güclü yağış evləri su altında qoyub - VİDEO - YENİLƏNİB Evlərə dolmuş sular xüsusi nasoslar vasitəsi ilə çəkilir
Hadisə
10 İyun , 2018 11:12
Tovuza yağan güclü yağış evləri su altında qoyub - VİDEO - YENİLƏNİB
Report

Tovuz. 10 iyun. REPORT.AZ/ Tovuz rayonuna yağan leysan yağışlarının törətdiyi fəsadlar aradan qaldırılır.

Tovuz Rayon İcra Hakimiyyətindən "Report"un Qərb bürosuna verilən məlumata görə, yağan güclü leysan yağışları nəticəsində Mirzə Ələkbər Sabir və Həzi Aslanov küçələrində yerləşən 6 evin həyətinə və zirzəmisinə yağış suları dolub və hazırda həmin vətəndaşların evində suçəkmə işləri sona çatmaq üzrədir.

"Şəhərin dəmiryolu vağzalının yaxınlığında yerləşən yeraltı piyada keçidinə və şəhərin mərkəzindəki yeraltı avtomobil keçidinə sel suları dolub. Hazırda hər iki keçiddə sular nasoslar vasitəsilə çəkilir. Yeraltı yol ötürücüsündə qalan vətəndaşa məxsus avtomobil isə artıq oradan çıxarılıb. Avtomobillər alternativ yollardan istifadə edir və ciddi tıxaclar yaranmayıb. Yağıntı səbəbindən rayon mərkəzinə yaxın yerləşən 2 kəndin taxıl sahələrində bitkinin yatması baş verib, lakin ciddi ziyan dəyməyib. Rayonun digər kəndlərində isə fəsadlar baş verməyib. Şəhər mərkəzində bir istiqamətdə dayandırılmış elektrik enerjisinin verilməsi istiqamətində də işlər aparılır", - deyə icra rəsmisi əlavə edib.


***10:31

Tovuz. 10 iyun. REPORT.AZ/ Tovuz rayonuna yağan güclü leysan yağışlar bir sıra fəsadlar törədib.

"Report"un Qərb bürosunun məlumatına görə, təbii fəlakət nəticəsində bir çox evlərin həyətini və zirzəmisini su basıb.

Sel sularının yeraltı keçidlərə dolması nəticəsində avtomobillərin hərəkəti məhdudlaşıb. Yağış taxıl sahələrinə və təsərrüfata da ciddi ziyan vurub. Hazırda Tovuz şəhərində elektrik enerjisi verilişi dayandırılıb.

Dəymiş ziyanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Son xəbərlər

Orphus sistemi