Yuxarı
    Bağlamaq

    Tovuz şəhərində üçotaqlı ev yanıb - FOTO

    Yanğın zamanı ev sahibəsinin halı pisləşib

    Tovuz. 26 fevral. REPORT.AZ/ Axşam saatlarında Tovuz şəhəri, M.P.Vaqif küçəsində, ümumi sahəsi 60 m2 olan 3 otaqlı köməkçi tikilinin 1 otağının yanar konstruksiyaları 20 m2 sahədə yanıb.

    "Report"un Qərb bürosu xəbər verir ki, hadisə Qaratel Ələkbərovaya məxsus evdə baş verib. Yanğın zamanı ev sahibəsinin halı pisləşib.

    Hadisə yerinə FHN-in Tovuz Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

    Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi