Tovuz sakinini ilan sancıb

Tovuz sakinini ilan sancıb Hadisə rayonun Aşağı Quşçu kəndində baş verib
Hadisə
2 İyun , 2016 21:52
Tovuz sakinini ilan sancıb

Bakı. 2 iyun. REPORT.AZ/ Tovuz rayonunda 39 yaşlı kişini ilan sancıb.

"Report" xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində baş verib. Kənd sakini Elsevər Qasımov əkin sahəsini sulayan zaman sağ ayağından ilan sancıb.

O, dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Elsevər Qasımova ilan zəhəri əleyhinə zərdab vurulub.

Həkimlər onun vəziyyətini kafi qiymətləndirir.

Son xəbərlər

Orphus sistemi