Tovuz rayonunda 37 yaşlı kişini cərəyan vurub.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, rayon sakini, 1983-cü il təvəllüdlü Nəsimi Sadıqovu ehtiyatsızlıqdan elektrik cərəyanı vurub.
O, yaxınları tərəfindən Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin tibbi müayinəsindən sonra onun öldüyü məlum olub.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.