Tovuz. 4 avqust. REPORT.AZ/ Tovuz rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Öysüzlü kəndi ərazisində qeydə alınıb.
Belə ki, kənd sakini Teymur Təvəkkül oğlu Ocaqverdiyev idarə etdiyi "Opel" markalı avtomobillə hərəkətdə olarkən arxadan "KaMAZ" markalı avtomobilə çırpılıb. Nəticədə o, ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
T.Ocaqverdiyevin vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.