Bakı. 4 yanvar. REPORT.AZ/ Tovuz sakini həmyerlisinin avtomobilini qaçırıb.
DİN-in mətbuat xidmətindən “Report”a verilən məlumata görə, yanvarın 3-də Tovuz rayonunun Abulbəyli kəndi ərazisindən kənd sakini Qabil Bayramova məxsus “Mercedes” markalı avtomobil qaçırılıb.
Tovuz Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunmuş Elnur Mehdiyev Gədəbəy rayonunun ərazisində avtomobillə birgə saxlanılıb.
Tovuz RPŞ tərəfindən araşdırma aparılır.