Tovuz sakini toydan 10 gün sonra evdən qaçmaq istəyən arvadını bıçaqladı - TƏFƏRRÜAT - YENİLƏNİB-3

Tovuz sakini toydan 10 gün sonra evdən qaçmaq istəyən arvadını bıçaqladı - TƏFƏRRÜAT - YENİLƏNİB-3 Tovuz rayonunda toydan 10 gün sonra evdən qaçmaq istəyən arvadını bıçaqlayan kişi saxlanılıb.
Hadisə
26 Mart , 2020 16:14
Tovuz sakini toydan 10 gün sonra evdən qaçmaq istəyən arvadını bıçaqladı - TƏFƏRRÜAT - YENİLƏNİB-3
google
0 : 00
0 : 00

Tovuz rayonunda toydan 10 gün sonra evdən qaçmaq istəyən arvadını bıçaqlayan kişi saxlanılıb. 

"Report"un Qərb Mərkəzi xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən İntiqam Məmmədov istintaqa verdiyi ilkin ifadəsində arvadının başqasını sevdiyi üçün evdən qaçmaq istəyi olduğuna görə bıçaqladığını deyib: "Toy gününə qədər aramızda heş bir problem olmayıb. 8 ay nişanlı da qalmışıq. Həmin vaxtlarda da aramızda heç bir mübahisə olmayıb. Toyun səhəri günü Leyla məni dediki başqasını sevdiyi üçün mənlə yaşamaq istəmir. Mən də əsəbləşib onu döydüm. Məni istəmirdisə əvvəlcədən deyərdi heç toy olmamış ayrılardıq. Mənim valideynlərim bu qədər əziyyət çəkib mənə toy ediblər, bu da toyun səhəri  günü deyir ki, başqasını sevdiyi üçün mənlə yaşaya bilməyəcək: - deyə İ.Məmmədov istintaqa verdiyi ifadəsində deyib. 

Hadisə şahidlərinin "Report"un yerli bürosuna verdiyi məlumata görə, L.Kərəmzadə bıçaqlandığı günə qədər ərlə arvad arasında hər gün mübahisə olub. Martın 26-da baş verən növbəti mübahisə isə L.Kərəmzadənin evdən qaçmaq istədiyi üçün baş verib. 

Faktla bağlı cinayyət işi başlanılıb, araşdırmalar davam etdirilir. 


*** 15:03

Tovuz raynunda bıçaqlanan gənc qadın 10 günün gəlini olub. 

"Report"un Qərb Mərkəzinin əldə etdiyi məlumata görə, martın 15-də Qovlar şəhər sakinləri 1995-ci il təvəllüdlü İntiqam Rasim oğlu Məmmədovla Leyla Kərəmzadə ailə həyatı qurublar. Toyun səhəri günü 1 günün ər-arvadı mübahisə ediblər. Ailə üzvləinin müdaxiləsindən sonra gənc ailə sakitləşib. Toydan 3 gün sonra bəy evində keçirilən mərasimdə gəlinin yaxın qohumları da iştirak edib. Həmin vaxt L.Kərəmzadə öz bibisinə oğlanı sevmədiyi üçün onunla yaşamaq istəmədiyini deyib. Bibisi isə onu sakitləşdirib və artıq hər şeyin bitsiyini bildirərək ömrünün sonuna qədər ər evində yaşamalı olduğunu deyib. 

Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən gənc qadının əri İ.Məmmədovun saxlanılaraq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb. 


*** 14:08

Tovuz rayonunda əri tərəfindən bıçaqlanan qadının şəxsiyyəti məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, Qovlar şəhər sakini, 2000- ci il təvəllüdlü Leyla Həsən qızı Kərəmzadə ailə münaqişəsi zəmnində əri tərəfindən iki bıçaq zərbəsi alıb. Gənc qadın yaxınları tərəfindən Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Xəstəxanadan "Report"un Qərb Mərkəzinı bildirilib ki, ağır vəziyyətdə və huşsuz halda gətirilən qadına ilkin tibbi yardım göstərəlib. Gənc qadının vəziyyəti qənaətbəxş olduğuna baxmayaraq xəstə qohumlarının istəyi ilə Gəncədəki özəl klinikalardan birinə yerləşdirilib. 


*** 10:23

Tovuz rayonunda bıçaqlanma olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Qovlar şəhəri ərazisində qeydə alınıb. 

Tovuz rayon sakini, 20 yaşlı qadın mübahisə zəminində bıçaq yarası alaraq xəstəxanaya yerləşdirilib. 

Yaxınlarının bildirdiyinə görə, gənc qadın ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktı bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi