Yuxarı
    Bağlamaq

    Tovuzda üç uşaq anası intihara cəhd edib

    Hadisə rayonun Qovlar şəhərində baş verib

    Tovuz. 27 iyul. REPORT.AZ/ Tovuz rayonunda qadın intihara cəhd edib.

    "Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qovlar şəhərində baş verib. Tovuz rayon sakini, Abbasova Anarə Əlixan qızı yaşadığı evdə hələki bilinməyən səbəbdən müxtəlif dərman preparatları içərək intihara cəhd edib. Yaxınları tərəfindən xəstəxanaya yerləşdirilən qadına həkimlər tərəfindən tibbi yardım göstərilib və reanimasiya şöbəsinə yerləşdirilib.

    İntihara cəhd edən qadın 1992-ci il təvəllüdlüdür. Onun üç uşağı var.

    Faktla bağlı araşdırma aparılır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi