Yuxarı
    Bağlamaq

    ​Tovuz rayon sakini Gəncədə narkotik vasitə ilə saxlanılıb - FOTO

    Faktla Bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır

    Bakı. 23 aprel. REPORT.AZ/ Tovuz rayon sakini Gəncədə narkotik vasitə ilə saxlanılıb. 

    "Report"un verdiyi məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində 1958-ci il təvəllüdlü Tovuz rayonunun Qəribli kənd sakini Cavad Hacıyev şəhərin Yeni Gəncə qəsəbəsində yerləşən “Şəmkir avtovağzalı” adlanan ərazidə şübhəli şəxs kimi saxlanılıb. 

    Gəncə Şəhər Baş Polis İdarəsinə aparılan C.Hacıyevin üzərinə baxış zamanı əlində olan göy rəngli sellofan torbanın içərisində 550 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. 5 uşaq atası Cavad Hacıyev narkotik vasitə istifadəçisi olduğunu bildirib. O, ötən ilin sentyabrında Tovuzda Zəyəm çayının kənarından çətənə kollarını yığaraq qurutduğunu deyib. 

    Faktla Bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi