Tovuz rayon sakini balıq tutan zaman qayadan yıxılaraq ağır xəsarət alıb

Tovuz rayon sakini balıq tutan zaman qayadan yıxılaraq ağır xəsarət alıb O, koma vəziyyətinə düşüb
Hadisə
20 İyul , 2017 22:40
Tovuz rayon sakini balıq tutan zaman qayadan yıxılaraq ağır xəsarət alıb

Tovuz. 20 iyul. REPORT.AZ/ Tovuz rayonunda yerli sakin bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında baş verib.

Rayon sakini, 1969-cu il təvəllüdlü, İsmayılov Yaşar Bayram oğlu Kür çayında balıq tutan zaman ehtiyatsızlıqdan üzərində durduğu qayadan ayağı sürüşərək yıxılıb. Ağır kəllə-beyin travması alan yaralı xəstəxanaya yerləşdirilib. Hazırda koma vəziyyətində olan yaralıya həkimlər tərəfindən göstərilən tibbi yardım davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi