Törətdiyi qəza nəticəsində dostu ölən şəxsə hökm oxunub

Törətdiyi qəza nəticəsində dostu ölən şəxsə hökm oxunub Səyyad Farizli 6 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
12 Oktyabr , 2015 14:23
Törətdiyi qəza nəticəsində dostu ölən şəxsə hökm oxunub

Bakı. 12 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Səyyad Farizlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Farizli 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, S.Farizli Cinayət Məcəlləsinin 263.2-ci (avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunur.

S.Farizlinin idarə etdiyi avtomobil aşıb. Qəza nəticəsində dostu Röyal Həsənov dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi