"Topaz" məntəqəsində dava düşüb

"Topaz" məntəqəsində dava düşüb Bir nəfər ağır xəsarət alıb
Hadisə
12 İyun , 2017 05:34
Topaz məntəqəsində dava düşüb

Bakı. 12 iyun. REPORT.AZ/ "Topaz" mərc oyunları məntəqələrindən birində dava olub.

"Report" xəbər verir ki, hadisə Bakının Nərimanov rayonunun Ağanemətulla küçəsində qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Yusifzadə Fərid Vaqif oğlu mübahisə zəminində naməlum şəxslər tərəfindən döyülərək xəsarət alıb. O, ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi