"TikTok”da narkotik vasitələri təbliğ edən şəxs saxlanılıb - FOTO

"TikTok”da narkotik vasitələri təbliğ edən şəxs saxlanılıb - FOTO "TikTok” platformasında narkotik vasitələri təbliğ edən bir nəfər saxlanılıb.
Hadisə
23 İyul , 2021 18:02
TikTok”da narkotik vasitələri təbliğ edən şəxs saxlanılıb - FOTO

"TikTok” platformasında narkotik vasitələri təbliğ edən bir nəfər saxlanılıb.

DİN-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsidə bu tipli videolar yayan şəhər ərazisində yaşayan Tərlan Bağırov saxlanılıb.

Həmin şəxslə profilaktik söhbətlər aparılıb, paylaşdığı videonun zərərləri, sosial şəbəkələrdə yeniyetmə və gənclərə göstərdiyi mənfi təsirlər barədə ona məlumatlar verilib.

Adıçəkilən şəxsin “TikTok” sosial şəbəkəsində paylaşdığı bu tipli videonun silinməsi təmin edilib və Tərlan Bağırova ciddi xəbərdarlıq edilərək sərbəst buraxılıb.

Son xəbərlər

Orphus sistemi