​Tikinti şirkətinin apellyasiya şikayəti təmin olunmayıb

​Tikinti şirkətinin apellyasiya şikayəti təmin olunmayıb Qətnamə dəyişdirilmədən qüvvədə saxlanılıb
Hadisə
19 Noyabr , 2015 15:02
​Tikinti şirkətinin apellyasiya şikayəti təmin olunmayıb

Bakı. 19 noyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində “Azəryol Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) “Qazax Sement Zavodu” MMC-yə qarşı apellyasiya şikayəti üzrə məhkəmə işi başa çatıb.

“Report”un məlumatına görə, “Azəryol Tikinti”nin şikayəti təmin olunmayıb və Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılıb.

Qeyd edək ki, “Qazax Sement Zavodu” “Azəryol Tikinti” şirkətini məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən zavod alqı-satqı müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi barədə tələb irəli sürüb. Məhkəmə iddianı qismən təmin edib. Qərardan narazı qalan tikinti şirkəti apellyasiya şikayəti verib. 

Son xəbərlər

Orphus sistemi