Yuxarı

Tikinti şirkətindən oğurluq edilib

Qapını sındırmaq yolu ilə 3000 manat dəyərində inşaat materialları oğurlayan Gəncə sakini Rəfayel Məmmədov tutulub

Bakı. 6 avqust. REPORT.AZ/ Gəncədə tikinti şirkətlərinin birindən oğurluq edilib. "Report" bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir.

Məlumata görə, avqustun 4-də Gəncə şəhərində şəhər sakini Namiq Süleymanova məxsus "Universal NAA" MMC-dən qapını sındırmaq yolu ilə 3000 manat dəyərində inşaat materialları oğurlayan şəhər sakini Rəfayel Məmmədov tutulub.

Faktla bağlı araşdırma aparılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi