Yuxarı
    Bağlamaq

    Tikinti şirkətindən içərisində 60 min dollar olan seyf oğurlayan şəxs tutulub

    Faktla bağlı araşdırma aparılır

    Bakı. 5 sentyabr. REPORT.AZ/ "Qaraçay" təmir-tikinti şirkətindən içərisində 60 min dolları və sənəd olan seyfi oğurlayan şəxs tutulub.

    "Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

    Məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Təhlükəsiz Şəhər Xidməti və Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 28-də "Qaraçay" təmir-tikinti şirkətindən içərisində 60000 ABŞ dolları və sənəd olan seyfi quldurluq yolu ilə aparan Bakı şəhər sakini Azad Həziyev tutulub. Faktla bağlı araşdırma aparılır.

    İmişlidə isə içərisində 51 min manat olan seyfi oğurlayan 3 nəfər tutulub. Məlumata görə, İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il iyulun 10-da "Engin" MMC-dən içərisində 51 min manat olan seyfi oğurlayan rayon sakinləri Elvin Hacıyev, Ceyhun Şükürov və Elşən Mustafayev tutulublar. Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi