"Tik-tok"da onlayn yolla dələduzluq edən şəxs tutulub

"Tik-tok"da onlayn yolla dələduzluq edən şəxs tutulub Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onlayn yolla dələduzluq edən şəxs müəyyən edilib.
Hadisə
23 iyun 2023 06:49
Tik-tokda onlayn yolla dələduzluq edən şəxs tutulub

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onlayn yolla dələduzluq etməkdə şübhəli bilinən şəxs tutulub.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Belə ki, rayon sakini bir qadın polisə müraciət edərək "Tik-tok" sosial şəbəkəsində qızıl alqı-satqısı adı altında qeydiyyatda olan səhifənin admininə 50 qram qızıl almaq məqsədi ilə 2800 manat pul göndərməsi və daha sonra həmin şəxsin onu aldadaraq pulunu dələduzluqla ələ keçirməsi barədə məlumat verib. Məlumatla əlaqədar müvafiq araşdırmalara başlanılıb, əhəmiyyət kəsb edən sübutlar aşkar edilib.

Keçirilən əməliyyat tədbiri ilə qeyd edilən dələduzluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Kənan Bağırov müəyyən olunub. Həmçinin K.Bağırovun Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə axtarışda olduğu da aşkar edilib.

O, aidiyyəti üzrə axtarışda olduğu polis idarəsinə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi