Bakıda ticarət mərkəzindən qızıl oğurlayan şəxsin istintaqı başa çatıb

Bakıda ticarət mərkəzindən qızıl oğurlayan şəxsin istintaqı başa çatıb Səbail rayonu ərazisində yerləşən ticarət mərkəzindəki mağazalardan oğurluq etməkdə təqsirləndirilən Əjdər Bəşirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
20 Sentyabr , 2019 20:53
Bakıda ticarət mərkəzindən qızıl oğurlayan şəxsin istintaqı başa çatıb

Səbail rayonu ərazisində yerləşən ticarət mərkəzindəki mağazalardan oğurluq etməkdə təqsirləndirilən Əjdər Bəşirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.

Hakim Azər Tağıyevin icraatına verilən iş üzrə hazırlıq iclası oktyabrın 1-də keçiriləcək.

Qeyd edək ki, iyunun 22-də ticarət mərkəzinin qızıl satışı şöbəsindən 235 manat dəyərində qızıl sırğa oğurlanıb.

Hadisə ilə əlaqədar Bakı şəhər sakini Əjdər Bəşirov saxlanılıb. Onun cari il aprel ayının 4-də həmin ticarət mərkəzinin digər qızıl satışı şöbəsindən 330 manat dəyərində qızıl sırğa oğurlaması da məlum olub.

Ə.Bəşirova Cinayət Məcəlləsinin 177.2.2 (təkrar oğurluq) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi