Ticarət mərkəzində administratoru bıçaqlayan şəxsin məhkəməsi başlayıb

Ticarət mərkəzində administratoru bıçaqlayan şəxsin məhkəməsi başlayıb Bakı. 29 yanvar. REPORT.AZ/ Gəncə Ağır Cinayətlər Məhkəməsində Bərdədə adam öldürməyə cəhd etməkdə təqsirləndirilən Rəhim Mamedovun cinayət işi üzrə məhkəmə başlayıb.
Hadisə
29 Yanvar , 2019 12:58
Ticarət mərkəzində administratoru bıçaqlayan şəxsin məhkəməsi başlayıb

Bakı. 29 yanvar. REPORT.AZ/ Gəncə Ağır Cinayətlər Məhkəməsində Bərdədə adam öldürməyə cəhd etməkdə təqsirləndirilən Rəhim Mamedovun cinayət işi üzrə məhkəmə başlayıb.

"Report"un xəbərinə görə, hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası fevralın 11-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il avqustun 1-də Bərdə rayon ərazisində baş verib. Bərdə rayon Həsənqaya kənd sakini, 1993-cü il təvəllüdlü R.Mamedov 1967-ci il təvəllüdlü Ülfət Həsənov bıçaqlayıb.

Yaralı kəsilmiş-deşilmiş yaralarla rayon Mərkəzi Xəstəxanasına gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. R.Mamedov polis əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, hadisə qisqancliq zəminində baş verib. Belə ki, Ü.Həsənov Bərdə rayonunda Ticarət Mərkəzinin içərisində fəaliyyət göstərən “Bərdə OBA market-7” mağazasında satıcı işləyən A.M-ya (ad, soy ad şərti) qarşı ya əxlaqsız hərəkətlər təklif edib. Bundan qadının qohumu R.Mamedov xəbər tutub və ora gələrək Ü.Həsənova 4 bıçaq zərbəsi vurub.

Ü.Həsənov “Bərdə OBA market-7” mağazasının administratoru işləyib.

Son xəbərlər

Orphus sistemi