THY bu ilin sonuna qədər Azərbaycana uçuşlar çərçivəsində 400 mindən çox sərnişin daşıyacaq

THY bu ilin sonuna qədər Azərbaycana uçuşlar çərçivəsində 400 mindən çox sərnişin daşıyacaq Bakı. 8 noyabr. REPORT.AZ/ “Türk Hava Yolları” (THY) şirkəti bu ilin əvvəlindən Türkiyədən Azərbaycana (İstanbuldan Bakıya) və əks istiqamətdə 340 min sərnişin daşıyıb.
Hadisə
8 Noyabr , 2018 14:26
THY bu ilin sonuna qədər Azərbaycana uçuşlar çərçivəsində 400 mindən çox sərnişin daşıyacaq

Bakı. 8 noyabr. REPORT.AZ/ “Türk Hava Yolları” (THY) şirkəti bu ilin əvvəlindən Türkiyədən Azərbaycana (İstanbuldan Bakıya) və əks istiqamətdə 340 min sərnişin daşıyıb.

“Report” xəbər verir ki, bunu qonşu ölkənin milli aviadaşıyıcısının Avropa və Orta Şərq ölkələri üzrə satış direktoru Harun Baştürk deyib.

Onun sözlərinə görə, bu rəqəmin 2018-ci ilin yekununda 400 mini keçməsi gözlənilir.

“Təyyarələrimizin dolma göstəricisi 77% olub”, - THY rəsmisi qeyd edib.

Qeyd edək ki, bu gün aviaşirkət İstanbulun yeni hava limanından Bakıya ilk uçuşunu həyata keçirib. 

Son xəbərlər

Orphus sistemi