"Təzə bazar"ın qarşısında qadını maşın vurub

"Təzə bazar"ın qarşısında qadını maşın vurub Bakının Nəsimi rayonu ərazisində yerləşən Təzə bazarın qarşısında piyadanı maşın vurub.
Hadisə
28 İyul , 2019 05:09
Təzə bazarın qarşısında qadını maşın vurub

Bakının Nəsimi rayonu ərazisində yerləşən "Təzə bazar"ın qarşısında piyadanı maşın vurub.

“Report” xəbər verir ki, hadisə 1969-cu il təvəllüdlü Səfərova Lalə İnqlab qızı bazarın qarşısında yolu qarşı tərəfə keçmək istəyən zaman baş verib.

Qəzanı taksi fəaliyyəti ilə məşğul olan "90-TB-409" dövlət qeydiyyat nişanlı "Opel" markalı avtomobilin sürücüsü törədib.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona sağ ayağın sınığı diaqnozu qoyulub. Xəstəyə aidiyyəti üzrə yardım göstərilib və Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi